Haqqımızda

“KRAN GROUP” MMC olaraq son illər ölkəmizdə aparılan yenidənqurma və ya tikinti işlərində yaxından iştirak edib, həmin sahələri qülləli kranlarla təmin etməkdə davam edirik.Sifarişçi şirkətlər və ya qurumların tələbindən asılı olaraq onlara dünyaca məhşur müxtəlif markalı qülləli kranların icarə,satış və həmin kranlara texniki xidmətin göstərilməsini təklif edə bilirik.10 ildən çoxdur ki, bu sahədə qüsursuz fəaliyyət göstərməkdə davam edirik.Uzunmüddətli iş təcrübəsinə malik-30 ildən çox iş təcrübəli mühəndis,10-15 ildən çox iş təcrübəli quraşdırıcı,çilingər,elektrik,qaynaqçı və qülləli kran maşinistləri ilə birlikdə güclü bir komandaya sahibik.Komandamız bütün növ qülləli kranların quraşdırılıb-sökülməsini,təmirini,hündürlük hissələrinin artırılmasını və həmin kranlara texniki xidmətin göstərilməsini həyata keçirir.

Hal-hazırda ölkəmizdə 20-dən çox şirkətlə iş birliyimiz var və davam edir.Bu sayı artırmaq üçün məqsədimiz,hər zaman işlədiyimiz şirkətlərlə qarşılıqlı hörmət və anlaşma əsasında fəaliyyət göstərmək və bunun nəticəsi olaraq da, hər bir yeni layihədə bizi seçmələrini təmin etməkdir.

KRAN GROUP” MMC olaraq fərqli cəhətimiz-komandamızın həftənin bütün günləri və günün 24 saatı kranlara texniki xidmətin göstərilməsini həyata keçirməsidir.Bundan başqa çalışırıq ki,texniki xidməti və ya kranların təmirini şirkətlərin sahələrdə işlədiyi günlər və ya saatlarda deyil,fərqli zamanlarda yerinə yetirək.Diqqətinizə çatdırmaq istərdik ki,mütəxəssislərimizin sayəsində eyni anda 5 və ya 6 fərqli sahədə olan qülləli krana texniki xidmət göstərə bilirik.