“KRAN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyət İSO- Keyfiyyət İdarəetmə Sistemi standartına uyğunluğu təsdiq edən beynəlxalq sertifikatlara layiq görülüb.
“International Organization for Standardization” ,yəni “ISO” “Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat”ın adının qısaldılmış formasıdır. Təşkilat elektrik, elektronika və telekomunikasiya istisna olunmaqla bütün sahələr üzrə standartların hazırlanması ilə məşğuldur.1946-cı ildə təsis olunan təşkilata 157 ölkə üzvdür.”ISO”nun rəsmi dili fransız və ingilis dilləridir, həmçinin təşkilat standartların tərcümələrinə görə də məsuliyyət daşıyır.
“ISO”nun dövrümüzdəki fəaliyyət mexanizminin əsası “ISO 9000” keyfiyyət, idarəetmə və s. kimi dövlətlər arası miqyasda qəbul olunan standartları hazırlayaraq ticarətin qarşısındakı əngəlləri aradan qaldırmaqdır.
“KRAN GROUP” MMC son illər ölkəmizdə aparılan yenidənqurma və tikinti işlərində öz vəzifələrini uğurla icra etməkdədir. Görülən işlərdə keyfiyyətli idarəetməyə daim diqqət yetirən Cəmiyyət öz fəaliyyətini beynəlxalq standartların tələblərinə uyğunlaşdırmaq istiqamətində idarəetmə sistemlərinin effektivliyinin təkmilləşdirilməsi üzrə işləri davam etdirərək ciddi addımlar atmaqdadır.