Edit Content

Biz — bütün Azərbaycan üzrə tikinti şirkətləri üçün qülləli kran və servis həlləri təqdim edən etibarlı təchizatçıyıq. Məqsədimiz — layihələrinizin vaxtında və problemsiz tamamlanmasını təmin etməkdir.

Tikinti yük lifti

Hələ də sualınız var?

Əgər FAQ bölməsində sualınıza cavab tapmasanız, hər zaman bizimlə əlaqə saxlaya bilərsiniz. Sizə ən qısa zamanda cavab verəcəyik!

“KRAN GROUP” – Tikinti sahəsində innovativ texniki həllər

Tikinti sahəsində standartları müəyyən edən “KRAN GROUP”, yeni texnoloji həllərin layihələndirilməsi və tətbiqinə dair məsuliyyəti üzərinə götürür. Bu həllərdən biri də – tikinti yük lifti, digər adı ilə yükqaldırıcı qurğudur. Bu avadanlıq tikinti sahələrində və digər obyektlərdə yüklərin şaquli istiqamətdə qaldırılması və endirilməsi üçün nəzərdə tutulmuşdur. Tikinti liftləri sayəsində yükdaşıma prosesi daha səmərəli və təhlükəsiz həyata keçirilir. Yük-sərnişin liftləri asanlıqla qurulur və sökülür, həmçinin onların bir obyektindən digərinə daşınması sadə və əlavə xüsusi avadanlıq tələb etmədən həyata keçirilə bilir. İş vəziyyətində bu liftlər az yer tutur ki, bu da xüsusilə şəhər küçələrində, o cümlədən mərkəzi ərazilərdə aparılan tikinti və bərpa işləri zamanı böyük üstünlük təşkil edir.

“KRAN GROUP” tərəfindən təqdim olunan bu avadanlıqların əsas üstünlüklərindən biri onların etibarlılığı və dayanıqlılığıdır. Hər bir model müasir təhlükəsizlik sistemləri ilə təchiz olunmuşdur və istismar zamanı maksimum sabitlik təmin edir.